...

Dövlət büdcəsi ilə bağlı qanuna dəyişiklik edilir

İqtisadiyyat Materials 21 İyun 2025 17:16 (UTC +04:00)
Dövlət büdcəsi ilə bağlı qanuna dəyişiklik edilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Məqsədli büdcə fondlarının ilin sonuna qalan istifadə olunmamış vəsaiti vahid xəzinə hesabının sərbəst qalığına köçürüləcək.

Trend-in xəbərinə görə, bu məsələ Milli Məclisin iyunun 24-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, Qanun layihəsi "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi təcrübəsi, həmçinin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihələrinə dair Azərbaycan Respublikası Hesablama Palatasının rəyləri nəzərə alınmaqla, büdcə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə hazırlanmışdır.

Belə ki, dövlət büdcəsinin icrası haqqında qanun layihələrinə dair Hesablama Palatasının rəylərində Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 03 iyun tarixli 719 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası"na əsasən, il ərzində qalıq vəsaitdən birbaşa büdcədənkənar gəlirlərə istifadə olunmasının büdcə qanunvericiliyində təsbit olunan vahid xəzinə hesabının sərbəst qalığının istifadə istiqamətlərinə uyğun gəlmədiyi və icra prosesində, xüsusilə uçotun aparılmasında və hesabatlılıqda bəzi qeyri-müəyyənliklərə səbəb olduğu qeyd olunmuşdur. Eyni zamanda "Büdcə sistemi haqqında" Qanunun (bundan sonra Qanun) 5-ci maddəsinin tələblərinə əsasən məqsədli büdcə fondlarının ilin sonuna istifadə edilməmiş vəsaitlərinin onların növbəti ilin gəlirlərinə aid edilməsi eyni gəlirin iki dəfə uçota alınmasına gətirib çıxarır.

Qanunun 10.1.3-cü maddəsində dövlət büdcəsinin dövlət borcuna xidmətlə bağlı xərclərin tərkibinə layihələrdə pay iştirakı ilə bağlı xərclər daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə hər il üzrə təsdiq olunan dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsündə bir sıra layihələrdə Azərbaycan Respublikasının pay iştirakı ilə bağlı xərclər nəzərdə tutulur. Bu xərclər dövlət əsaslı vəsait qoyuluşu xərclərinin tərkib hissəsi kimi dövlət büdcəsinin əsaslı xərclərində nəzərdə tutulur ki, bu da Qanunun 10.1.3-cü maddəsi ilə ziddiyət təşkil edir.

Bununla yanaşı qeyd olunmalıdır ki, dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli büdcə və ehtiyat fondlarından, habelə dövlət büdcəsinin digər ehtiyatlarından büdcə ili ərzində funksional, iqtisadi və inzibati tesnifata uyğun olaraq yönəldilən vəsaitlərin uçotu həmin fondların ve ehtiyatların nəzərdə tutulduğu funksional, iqtisadi və inzibati təsnifata uyğun olaraq aparılır, yəni həmin vəsaitlər ayrıldığı təşkilatların büdcəsində göstərilmir. Bu da nəticədə dövlət büdcəsinin müxtəlif mənbələrindən həmin təşkilatlara cəmi ayrılmış vəsaitlər barədə məlumatı əldə etməkdə çətinlik yaradır.

Bildirilir ki, Qanunun 20.6-cı maddəsinə müvafiq olaraq dövlet büdcəsinin icrası barədə qanunda funksional və inzibati təsnifata uyğun olaraq bölmə və köməkçi bölmə səviyyəsində xərclərin icrasının məbləği öz əksini tapmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının 93-cü maddəsinin 4-cü hissəsinə əsasən qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz. Ona görə də dövlət büdcəsinin icrası barədə qanunda inzibati təsnifat üzrə dövlət büdcəsinin xərcləri çıxarılmalıdır. Bir qayda olaraq dövlət büdcəsi xərclərinin inzibati tesnifata uyğun olaraq (yəni konkret təşkilat və tədbirlər üzrə) icra göstəriciləri qanun imzalandıqdan sonra ölkə Prezidentinin həmin qanunun tətbiqi ilə bağlı müvafiq Fərmanı ilə təsdiq olunur.

Digər tərəfdən mövcud qaydaya əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisi üzrə yuxarı hədd həm növbəti il və sonrakı üç il üçün Azerbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən edilir. Lakin ötən dövr ərzində ölkə rəhbərliyi tərəfindən müəyyən edilən bir sıra prioritet vəzifələrin icrası (ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, Böyük Qayıdışa dair | Dövlət Proqramı və sosial-iqtisadi inkişaf Strategiyası üzrə tədbirlər) büdcə xərclərinin artırılmasını şərtləndirmiş, cari və növbəti iller üzrə təsdiq olunmuş yuxarı hədlərin aşılması təhlükəsi yaranmışdır. Qeyd olunan məqamlar büdcə qaydasının təkmilləşdirilməsini zəruri edir.

Qüvvədə olan qanunvericilikdə yalnız vahid xəzinə hesabının sərbəst qalığının idarə edilməsi imkanı mövcuddur və vahid xəzinə hesabının qalığında mövcud olan vəsaitin idarə edilməsi məhdudlaşdırılır. Məlum olduğu kimi, dövlət büdcəsinin xərclərinin icrasının faktiki göstəriciləri onu deməyə əsas verir ki, dövlət büdcəsinin aylar üzrə xərcləri hər zaman bərabər olmur və bunun nəticəsində bəzi aylar erzinde vahid xəzinə hesabında kifayət qədər vəsait artıqlığı yaranır ki, hansı ki qısa müddət ərzində həmin vəsaitin idarə olunması nəticəsində dövlət büdcəsinə əlavə gəliri qazandırmaq mümkündür.

Bundan başqa ötən illərin təcrübəsi göstərir ki, Qanunda istifadə olunan bəzi anlayışların dəqiqləşdirilməsinə, həmçinin Qanuna bir sıra yeni anlayışların daxil edilmesine, elece de dövlət büdcəsinin kassa icrası mexanizminin təkmilləşdirilməsinə zərurət vardır.

Yuxarıda qeyd olunan məsələlərin tənzimlənməsi üçün hazırlanmış "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barede" Qanun layihəsində aşağıdakı müddəalar eks olunmuşdur.

- mövcud Qanunda "ortamüddətli dövr" 4 ili əhatə etdiyinə görə ondan sonrakı dövrü əhatə edən anlayışın açıqlanması üçün layihəyə "uzunmüddətli dövr" ifadəsi daxil edilmiş, həmçinin nizamnamə kapitalında dövlətin payı olan təşkilatlardan daxil olan dividendlerin dövlət büdcəsinin gəlirlərində əks etdirilmesi ile elaqedar Qanuna "dividend" anlayışı əlavə edilmiş ve "dividendlər" dövlət büdcəsinin gəlir mənbələrindən biri kimi tanınmışdır;

- məqsədli büdcə fondlarının ilin sonuna qalan istifadə olunmamış vəsaitinin vahid xəzinə hesabının sərbəst qalığına köçürülməsi;

layihələrdə iştirak payı ilə bağlı xərclərin əsaslı xərclərdə eks etdirilmesi, habelə borca xidmət üzrə xərclərin təkmilləşdirilməsi;

- vahid xəzinə hesabının sərbəst qalığının istifadə istiqamətlərinin dəqiqləşdirilməsi;

- vahid xəzinə hesabının serbest qalığı ilə yanaşı, vahid xəzinə hesabının qalığının da idarə edilməsi, büdcə ili ərzində büdcə artıqlığının (profisitin) bir hissəsinin Təminat Fonduna köçürülməsi;

Qanunun 10.3 maddəsinə əsasən il ərzində faktiki xərclərin məbləği dövlət büdcəsində təsdiq edilmiş ayırmalardan çox ola bilmədiyini nəzərə alaraq, xəzinə əməliyyatlarının sadələşdirilməsi və əməliyyatların sürətləndirilməsi məqsədilə dövlət (büdcə) öhdəliklərinin götürülməsi prosesi çıxarılır,

büdcə qaydasının təkmilləşdirilməsi, o cümlədən büdcə qaydasının tətbiqində çevikliyin artırılması məqsədilə müvafiq yuxarı hədd göstəricisinin hər 4 ildən bir dövrün sonu üçün təsdiq edilməsi, təsdiq olunmayan aralıq hədəflərin isə illik esasda Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılması;

dövlət büdcəsinin qeyri-neft gəlirlərinin proqnozlaşdırılması prosesində proqnoz ilə faktiki icra arasında kənarlaşmaların minimuma endirilməsi, həmçinin büdcə vəsaitlərindən səmərəli istifadənin təmin edilməsi məqsədilə müəyyən edilmiş qeyri-neft gəlirlərinin ortamüddətli dövr üzrə hədəf göstəricisinin dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlərin siyahısına əlavə edilməsi və s.

Layihənin qəbul edilməsi qanunvericilik aktları arasında uyğunsuzluğun aradan qaldırılması, dövlət büdcəsi vəsaitlərinin şeffaf uçotunun aparılmasında, dövlət büdcəsinə əlavə daxilolmaların formalaşdırılmasında mühüm rol oynayacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti