...

İsrail İranın qərbindəki hədəflərə zərbələr endirib

Dünya xəbərləri Materials 21 İyun 2025 22:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin İranın qərbindəki Kirmanşah vilayətindəki hədəflərə endirdiyi zərbələr nəticəsində azı 5 hərbi qulluqçu ölüb, 9-u yaralanıb.

Trend-in məlumatına görə, bu barədə yerli hakimiyyət orqanları bildirib.

Məlumata əsasən, hücum yerli vaxtla saat 16:00-da həyata keçirilib. Zərbələr İraqla sərhəddə yerləşən Qəsri-Şirin bölgəsində yerləşən hədəflərə endirilib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti