Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycandan Niderlanda 126,5 milyon ABŞ dolları dəyərində 223,3 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 69,5 milyon ABŞ dolları və ya 2,2 dəfə çox, həcm ifadəsində isə 133,4 min ton və ya 2,5 dəfə çoxdur.
Dövr ərzində Niderland Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycandan 17 ölkəyə 5,6 milyard ABŞ dolları dəyərində 10,4 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 615,9 milyon ABŞ dolları və ya 9,8% az, həcm ifadəsində isə 493,4 min ton və ya 5% çoxdur.