...

Məktəbəhazırlıq qruplarına qəbul zamanı prioritet tətbiq olunan məktəblər açıqlandı

Cəmiyyət Materials 21 İyun 2025 15:15 (UTC +04:00)
Məktəbəhazırlıq qruplarına qəbul zamanı prioritet tətbiq olunan məktəblər açıqlandı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu zamanı Bakı və Gəncə şəhərlərində yerləşən bəzi məktəblərdə üstünlük hüququ tətbiq olunur.

Trend xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, prioritet hüququ tətbiq edilən məktəblərin siyahısı aidiyyəti yerli təhsili idarəetmə orqanları tərəfindən təsdiqlənərək vətəndaşlara www.mektebeqebul.edu.az portalı vasitəsilə təqdim edilib.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur və qeydiyyat prosesi 12 sentyabr 2025-ci ilədək davam edəcək.

Prioritet tətbiq edilən məktəblərin siyahısı ilə tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz.

Ətraflı: https://edu.gov.az/.../2025/MH%20%C3%9CST%C3%9CNL%C3%9CK.pdf

Məqalədə:
Xəbər lenti

Xəbər lenti