...

İnvestisiya şirkətlərinin dövriyyəsi – RENKİNQ

İqtisadiyyat Materials 21 İyun 2025 17:16 (UTC +04:00)
İnvestisiya şirkətlərinin dövriyyəsi – RENKİNQ
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may ayları üzrə Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri məlum olub.

Trend BFB-yə istinadən xəbər verir ki, dövr ərzində ən çox dövriyyəsi olan şirkət “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC olub (22,9 milyard manat).

Siyahıda ikinci pillədə 16,8 milyard manat dövriyyə ilə "ABB İnvest İnvestisiya Şirkəti" QSC, üçüncü yerdə isə 2,7 milyard manat dövriyyə ilə “Assist Finance İnvestisiya Şirkəti” ASC qərarlaşıb.

Qeyd edək ki, BFB-nin daxili qaydalarına əsasən üzvlərin renkinqi aylıq hesablanır və hər növbəti ayın əvvəlində elan olunur. Renkinq repo əməliyyatları, dövlət və korporativ qiymətli kağızlar bazarı üzrə manatla hesablanır.

Rank Adı Dövriyyə (manatla) Əməliyyatların sayı
1 “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 22,937,997,538.00 3393
2 "ABB İnvest İnvestisiya Şirkəti" QSC 16,813,625,046.00 11599
3 “Assist Finance İnvestisiya şirkəti” ASC 2,749,118,728.00 1125
4 “CPM-İnvest İnvestisiya Şirkəti” QSC 1,557,075,257.00 980
5 "Xalq Kapital İnvestisiya Şirkəti" QSC 1,404,853,992.00 106
6 “Unicapital İnvestisiya Şirkəti” ASC 1,090,637,723.00 3729
7 "İnvest-Az İnvestisiya Şirkəti" QSC 944,285,495.00 531
8 "Capital Partners İnvestisiya Şirkəti" QSC 556,123,354.00 565
9 "Troni İnvestisiya Şirkəti" QSC 237,740,329.00 2836
10 “CFI Financial İnvestisiya Şirkəti” QSC 180,938,251.00 68
11 “PSG Kapital İnvestisiya Şirkəti" ASC 119,305,334.00 716
12 “MFX Trading İnvestisiya Şirkəti” ASC 70,876,375.00 27
Məqalədə:
Xəbər lenti

Xəbər lenti