...

Lənkəranda şantaja görə həbs edilən sayt rəhbərlərinə hökm oxundu

Hadisə Materials 21 İyun 2025 12:02 (UTC +04:00)
Lənkəranda şantaja görə həbs edilən sayt rəhbərlərinə hökm oxundu
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

“Turantv.az” saytının rəhbəri Ramin Sadıqlı və “bölgeinfo” saytının təsisçi və baş redaktoru Vüqar Quliyevin ittiham olunduqları cinayət işi üzrə məhkəmənin sonuncu iclası keçirilib.

Trend xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Ramin Sadıqlı 6 il 3 ay, Vüqar Quliyev isə 6 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, onlara qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti