...

Dividendlər dövlət büdcəsinin gəlir mənbəyi olacaq

İqtisadiyyat Materials 21 İyun 2025 17:34 (UTC +04:00)
Dividendlər dövlət büdcəsinin gəlir mənbəyi olacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Büdcə sistemi haqqında” qanuna yeni anlayışlar daxil ediləcək.

Trend-in xəbərinə görə, bu məsələ Milli Məclisin iyunun 24-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, həmin anlayışlar aşağıdakılardır:

  • Dividend: dövlət müəssisələrinin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətdən dövlət büdcəsinə edilən ödəniş;
  • Uzunmüddətli dövr: beş və daha çox ili əhatə edən dövr.

Bildirilib ki, mövcud Qanunda “ortamüddətli dövr” 4 ili əhatə etdiyinə görə ondan sonrakı dövrü əhatə edən anlayışın açıqlanması üçün layihəyə “uzunmüddətli dövr” ifadəsi daxil edilib.

Həmçinin, nizamnamə kapitalında dövlətin payı olan təşkilatlardan daxil olan dividendlerin dövlət büdcəsinin gəlirlərində əks etdirilməsi ilə əlaqedar Qanuna “dividend” anlayışı əlavə edilib və “dividendlər” dövlət büdcəsinin gəlir mənbələrindən biri kimi tanınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti