...

İsrail SEPAH-ın Fələstin bölməsinin rəhbərini zərərsizləşdirib - Katz

Dünya xəbərləri Materials 21 İyun 2025 10:10 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin İranın Qum şəhərində endirdiyi aviazərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun Fələstin Bölməsinin başçısı Səid İzadi öldürülüb.

Trend “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bəyan edib.

Katzın sözlərinə görə, öldürülmüş İzadi “7 oktyabr” teraktı ərəfəsində HƏMAS-ın maliyyləşdirilməsi və silahlandırılmasında iştirak edib.

“Bu İsrail kəşfiyyatı və İsrail Hava Qüvvələri üçün nəhəng nailiyyətdir. Terror qurbanları və əsirlər üçün ədalətdir. İsrailin uzun əlləri bütün düşmənlərə uzanacaq”, - deyə Katz əlavə edib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti