Bakı. Trend:
2024-cü ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 13 228 uşaq doğulub.
Trend xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin "Azərbaycan rəqəmlərdə" adlı qısa məcmuəsində əks olunub.
Qeyd edilib ki, bu uşaqların 5 158-i şəhərdə, 8 070-i isə kəndlərdə dünyaya gəlib.
Məlumata əsasən, bu rəqəm diri doğulan uşaqların ümumi sayının 12,9 faizini təşkil edib.