...

Estoniyanın müdafiə xərcləri ÜDM-in 5,4 faizinə çataraq rekord həddə yüksəlib

Dünya xəbərləri Materials 18 Yanvar 2026 01:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il Estoniyanın müdafiə büdcəsi ümumi daxili məhsulun 5,4 faizinə çatacaq ki, bu da ölkə üçün tarixi göstəricidir.

Trend xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kristen Mixal məlumat verib.

Hökumət başçısı bildirib ki, 2026-cı ildə Estoniyanın müdafiə xərcləri, o cümlədən xarici maliyyə vəsaitləri tarixdə ən yüksək səviyyədədir. Onun sözlərinə görə, müdafiə sahəsinə təxminən 2,4 milyard avro vəsait ayrılıb ki, bu da ÜDM-in 5,43 faizinə bərabərdir.

Kristen Mixal qeyd edib ki, Müdafiə Nazirliyi ötən il üçün planlaşdırılan bütün satınalmaları uğurla tamamlayıb və nəticədə ümumi dəyəri 545 milyon avro olan silah və sursat əldə olunub.

Baş nazir vurğulayıb ki, xüsusilə 350 milyon avro dəyərində sursatın alınması mühüm əhəmiyyət daşıyıb və bu məqsədlə ÜDM-in təxminən bir faizi səmərəli şəkildə yönəldilib.

O, həmçinin Estoniyanın yeni K9 özüyeriyən artilleriya qurğuları və HIMARS mobil çoxnövlü raket sistemləri əldə etdiyini də açıqlayıb.

Xəbər lenti

Xəbər lenti