Bakı. Trend:
2025-ci ildə şəhid ailələri, Vətən müharibəsi əlilləri, əlilliyi olan digər şəxslər də daxil olmaqla 1620 imtiyazlı şəxs sanator-kurort yollayışı ilə təmin olunaraq, sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.
Trend xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bu gün Bakıda Sosial Xidmətlər Agentliyinin 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında bildirib.
Sədrin sözlərinə görə, onlardan 96 nəfəri şəhid ailəsi üzvləridir.
"Agentlik fəaliyyətə başladığı 2020-ci ildən bu günədək yollayış ilə təmin edilən şəxslərin sayı isə 14 mindən çoxdur".
