...

Ötən il Avstriyadan Azərbaycana səfər edənlərin sayı artıb (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2026 11:42 (UTC +04:00)
Ötən il Avstriyadan Azərbaycana səfər edənlərin sayı artıb (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın turizm potensialı 15-18 yanvar tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “Ferien-Messe Wien” turizm sərgisində nümayiş etdirilib.

Trend xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Bildirilib ki, sərgidə Azərbaycan Turizm Bürosu Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi və “Dreamland Baku” ilə birgə təmsil olunub.

Azərbaycanın Avstriya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli milli stendə baş çəkərək nümayiş olunan turizm məhsulları ilə tanış olub.

Tədbir çərçivəsində tanınmış avstriyalı jurnalist Kladius Rayxıl Azərbaycanın turizm potensialı haqqında təqdimatla çıxış edib.

Qeyd edək ki, 2025-ci il ərzində Avstriyadan Azərbaycana səfər edənlərin sayında 2024-cü illə müqayisədə 6% artım müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti