Bakı. Trend:
Çinin Baotou şəhərində polad zavodundan baş vermiş partlayış nəticəsində zərərçəkənlərin sayı 84 nəfərə çatır, 8 nəfərin nə ölüsü, nə dirisi tapılıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Son vəziyyətə görə, partlayış nəticəsində 2 nəfər ölüb, 8 nəfər itkin düşüb, 84 nəfərə tibbi yardım göstərilir.
Qeyd edək ki, partlayış yanvarın 18-də “Baogang United Steel” şirkətinə məxsus polad zavodunun sferik su və buxar rezervuarında baş vermişdi. Bundan əvvəl 2 nəfərin öldüyü, 66 nəfərin yaralandığı bildirilirdi.
