...

Danimarka və Fransa hərbi təyyarələri Qrenlandiya üzərində birgə təlim uçuşu keçirib

Dünya xəbərləri Materials 18 Yanvar 2026 00:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Danimarkaya məxsus F-35 qırıcı təyyarələri və Fransaya məxsus MRTT tanker təyyarəsi Qrenlandiya üzərində birgə təlim uçuşu həyata keçirib.

Trend xəbər verir ki, bu barədə Danimarka Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda bildirilib ki, Danimarkaya məxsus iki F-35 qırıcısı və Fransaya məxsus bir çoxməqsədli tanker təyyarəsi Qrenlandiyanın cənub-şərqində adi təlim missiyası icra edib.

Qeyd olunub ki, uçuşun əsas məqsədi hava yanacaqdoldurma, uzun məsafəli uçuşların icrası, eləcə də sərt Arktika şəraitində təhlükəsizliyin təmin olunması üzrə birgə əməliyyat bacarıqlarının artırılması olub.

Danimarka Silahlı Qüvvələri təlim uçuşlarının 2026-cı ildə də davam etdiriləcəyini açıqlayıb.

Xəbər lenti

Xəbər lenti