...

Ötən il 37 Azərbaycan vətəndaşının ölkəyə repatriasiyası həyata keçirilib

Cəmiyyət Materials 19 Yanvar 2026 11:21 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Suriya Ərəb Respublikasından, Rusiya Federasiyasından və Fələstindən 37 vətəndaşımızın ölkəyə repatriasiyası həyata keçirilib.

Trend xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bu gün Bakıda Sosial Xidmətlər Agentliyinin 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, onların sosial-psixoloji adaptasiyası, sosial reinteqrasiyası və sosial reabilitasiyası məqsədilə iş aparılıb.
"İl ərzində isə bu kateqoriyadan olan 255 nəfərə müxtəlif sosial xidmətlər göstərilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti