...

Sosialyönümlü iş nəticəsində 133 uşağın dərsə davamiyyəti bərpa olunub

Cəmiyyət Materials 19 Yanvar 2026 11:25 (UTC +04:00)
Sosialyönümlü iş nəticəsində 133 uşağın dərsə davamiyyəti bərpa olunub
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il ərzində Agentliyin sosial işçiləri tərəfindən 414-ü yeni olmaqla, ümumilikdə 685 məktəbə səfər edilib və əməkdaşlıq edilən məktəblərin sayı 1140-a çatdırılıb.

Trend xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bu gün Bakıda Sosial Xidmətlər Agentliyinin 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, qeyd edilən dövrdə 1392 uşaqla məktəbdə ilkin qiymətləndirmə aparılıb və vəziyyəti daha riskli hesab olunan 320 uşağın ailələrinə səfər edilərək təfsilatlı qiymətləndirmə həyata keçirilib:

"Nəticədə uşaqların ailələri ilə sosialyönümlü iş aparılıb, 133 uşağın dərsə davamiyyəti bərpa olunub. Baxımsız kimsəsiz uşaqlar Agentliyin Uşaq evi sosial xidmət müəssisəsinə yerləşdirilib, uşaqlardan bəziləri fərdi təhsilə yönləndirilib. Eləcə də, uğurlarımız arasında loqopedə yönləndirilərək müsbət nəticə əldə olunan uşaqlar da var.

Təhsildə sosial iş xidməti çərçivəsində həmçinin 142 ailəyə fərdi inkişaf planı tərtib olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti