Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı dəstəkləyən ölkələrə tarif tətbiq etməklə bağlı təhdidlərindən sonra Avropa İttifaqı (Aİ) ölkələri 107 milyard dollar dəyərində ABŞ mallarına tariflər və ya Amerika şirkətləri üçün bir sıra məhdudiyyətlər tətbiq etməyi nəzərdən keçirir.
Trend-in məlumatına görə, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadın xəbər verib.
"Avropa paytaxtları Donald Trampın Qrenlandiyanı əldə etmək kampaniyasına qarşı çıxan NATO müttəfiqlərinə qarşı təhdidlərinə cavab olaraq 107 milyard dollar dəyərində ABŞ mallarına tarif tətbiq etməyi və ya Amerika şirkətlərinin blok bazarına çıxışını məhdudlaşdırmağı düşünür", - deyə qəzet bildirib.