...

Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Gündəm Materials 19 Yanvar 2026 11:03 (UTC +04:00)
Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, anım tədbirinin keçiriləcəyi “20 Yanvar”, eləcə də Şəhidlər xiyabanına ən yaxın ərazilərdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət tədbirləri tətbiq olunacaq. Qatarların hərəkət qrafiki dəyişdiriləcək, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq.

Saat 12:00-da bütün metro stansiyalarında qatarların hərəkəti dayandırılacaq və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti