...

Lənkəran–Lerik yolu qardan təmizlənir

Cəmiyyət Materials 19 Yanvar 2026 09:12 (UTC +04:00)
Lənkəran–Lerik yolu qardan təmizlənir
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Lənkəran–Lerik avtomobil yolunda yağan qarın yolun hərəkət hissəsindən təmizlənməsi işləri aparılır.

Trend xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, xüsusi texnika və canlı qüvvə cəlb olunmaqla yolun açıq saxlanılması təmin edilir, buzlaşma halların qarşısının alınması üçün zəruri tədbirlər görülür.

Görülən işlər nəticəsində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunur.

Xəbər lenti

Xəbər lenti