...

Tramp Argentinanı Qəzza üzrə Sülh Şurasının həmtəsisçiləri sırasına qoşulmağa dəvət edib

Dünya xəbərləri Materials 18 Yanvar 2026 07:56 (UTC +04:00)
Tramp Argentinanı Qəzza üzrə Sülh Şurasının həmtəsisçiləri sırasına qoşulmağa dəvət edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Argentinanı Qəzza üzrə Sülh Şurasının həmtəsisçilərindən biri olmağa dəvət edib.

Trend xəbər verir ki, bu barədə Argentina Prezidenti Xavyer Miley “X” sosial media platformasında paylaşım edib.

Miley bildirib ki, sözügedən Şurada iştirak etmək Argentina üçün həm böyük məsuliyyət, həm də böyük şərəfdir.

O vurğulayıb ki, bu təşkilatın əsas məqsədi silahlı münaqişələrin hökm sürdüyü bölgələrdə sülh yolu ilə həll mexanizmlərinin təmin olunmasıdır. Onun sözlərinə görə, Qəzza zolağı Şura üçün ilk ciddi sınaq olmalıdır.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp oxşar təklifləri Kanada, Misir və Türkiyə liderlərinə də göndərib. Kanada Baş naziri Mayl Karni artıq bu təklifi qəbul edib.

Xəbər lenti

Xəbər lenti