Bakı.Trend:
Ötən il Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı 15 239 müraciət olub.
Trend xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat yayıb.
Bildirilib ki, dövlət xidmətinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 8984 müraciət edilib.
Çağrı mərkəzinə 77 188 zəng daxil olub.
