...

Azərbaycan Voleybol Federasiyası növbəti seçimlərini Sumqayıtda həyata keçirdi

İdman Materials 18 Yanvar 2026 13:11 (UTC +04:00)
Azərbaycan Voleybol Federasiyası növbəti seçimlərini Sumqayıtda həyata keçirdi

Bakı. Trend:

Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçular arasında seleksiya prosesini davam etdirir.

Trend AVF-yə istinadən xəbər verir ki, "Seçim günü" çərçivəsində növbəti seçimlər Sumqayıt şəhərində həyata keçirilib.

Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma Sumqayıt və Şərqi Zəngəzur Regional Voleybol Klublarında məşq edən 2012–2013-cü il təvəllüdlü qız voleybolçuların hazırlıq səviyyəsi ilə tanış olub.

Seçim mərhələsini uğurla keçən idmançılar yeniyetmələrdən ibarət milli komandaya cəlb olunacaqlar. Növbəti "Seçim günü" yanvarın 24-də Gəncədə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti