Bakı. Trend:
“OpenAI” şirkəti “ChatGPT” platformasında reklamları sınaqdan keçirməyə başlayıb.
Trend xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat yayılıb.
Bildirilib ki, ilkin mərhələdə ABŞ-də “ChatGPT”nin pulsuz versiyasından istifadə edənlər arasında test qrupları formalaşdırılıb.
Qeyd olunub ki, “Plus”, “Pro”, “Business”, “Enterprise” və “Edu” kimi ödənişli abunəliklər üçün reklamların yerləşdirilməsi nəzərdə tutulmur.
Şirkətin açıqlamasına görə, reklam bölmələri aydın şəkildə nişanlanacaq və neyron şəbəkəsinin cavablarından ayrı təqdim olunacaq. Reklamların çatbotun cavablarının məzmununa təsir göstərməyəcəyi vurğulanıb.
