...

İranda son hadisələrdə ictimai əmlaka ciddi şəkildə ziyan vurulub - Səfirlik

Dünya xəbərləri Materials 17 Yanvar 2026 22:01 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranda baş verən son hadisələrdə ictimai əmlaka ciddi şəkildə ziyan vurulub.

Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, çox sayda ictimai iaşə obyekti, dövlət binası və polis məntəqəsi yandırılaraq tamamilə yararsız hala salınmışdır.

Vətəndaşlara məxsus mülklər və mənzillər hədəf alınmış, bəzi şəhərlərdə 200-ə yaxın ticarət obyekti odlanmışdır.
Mağazalarını bağlamaqdan imtina edən sahibkarlar fiziki məhv və yandırılma ilə hədələnmişlər.

Xüsusi təyinatlı texnikalar hədəfə alınmış; 53 yanğınsöndürən və 180 təcili tibbi yardım maşını yandırılmışdır.
Təkcə paytaxtda 26 bank filialı və 25 məscid vandalizm aktına məruz qalaraq yandırılmışdır.

Ölkə miqyasında ümumilikdə 53 məscid odlanmışdır.

Yaralı şəxslər qətlə yetirilmişdir; belə ki, vətəndaşların yaralıları xəstəxanaya çatdırmaq cəhdi zamanı, bəzi şəxslər kömək bəhanəsi ilə onlara qoşulmuş, lakin bir qədər sonra hər 11 yaralıya yaxın məsafədən "nəzarət atəşi" açaraq onları qətlə yetirmişlər.

Silahlı terrorçulardan 1300-dən çox odlu silah və hərbi sursat aşkar edilərək müsadirə olunmuşdur.

Xəbər lenti

Xəbər lenti