...

Ərdoğan Əş-Şara ilə Suriyadakı son hadisələri müzakirə edti

Dünya xəbərləri Materials 19 Yanvar 2026 00:56 (UTC +04:00)
Ərdoğan Əş-Şara ilə Suriyadakı son hadisələri müzakirə edti

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara ilə telefon danışığında Suriya ərazisinin terrorizmdən tamamilə azad edilməsinin vacibliyini bildirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezident administrasiyasının Kommunikasiya İdarəsi bildirib.

"Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Əhməd əl-Şara ilə telefon danışığı apardı. Görüşdə ikitərəfli münasibətlər, eləcə də Suriyadakı son hadisələr müzakirə edildi. Prezidentimiz Türkiyənin Suriyanın ərazi bütövlüyünə, birliyinə, həmrəyliyinə, sabitliyinə və təhlükəsizliyinə böyük əhəmiyyət verdiyini qeyd edib. O, Suriya ərazisinin terrorizmdən tamamilə azad edilməsinin həm Suriyanın özü, həm də bütün region üçün zəruri olduğunu bildirib", - deyə Türkiyə prezidentinin mətbuat xidməti bildirib.

Türkiyə prezidenti həmçinin qeyd edib ki, "Türkiyənin Suriyaya, xüsusən də terrorizmlə mübarizədə dəstəyi artmağa davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti