...

İspaniyada qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı artdı (YENİLƏNİB)

Dünya xəbərləri Materials 19 Yanvar 2026 11:10 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın Əndəluz bölgəsində sərnişin qatarının vaqonlarının relslərdən çıxması nəticəsində ölənlərin sayı 39 nəfərə, yaralananların sayı isə 152 nəfərə çatıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Zərərçəkənlərdən 73-ü xəstəxanaya yerləşdirilib, onlardan 24-nün vəziyyəti ağırdır.

İspaniyanın nəqliyyat naziri Oskar Puente Əndəluz bölgəsində relsdən çıxmış iki qatarın toqquşmasını qəribə hadisə adlandırıb. Nazir bildirib ki, hazırda insidentin səbəbləri məlum deyil və araşdırma aparılır.

“Bu hadisə son dərəcə qəribədir”, – deyə Puente mətbuat konfransında qeyd edib.

Onun sözlərinə görə, relsdən çıxmış "Iryo" şirkətinə məxsus qatar yeni idi və təxminən dörd illik istismar müddətinə malik olub.

“Dəmir yolu xətləri də tam yenilənib, bu sahəyə 700 milyon avro investisiya qoyulub”, – deyə Puente əlavə edib və həmin yol hissəsinin may ayında modernləşdirildiyini dəqiqləşdirib.

11:10
xxx

İspaniyanın Əndəluz bölgəsində yüksək sürətlə hərəkət edən sərnişin qatarının üç vaqonunun relslərdən çıxması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Rəsmi qurumlar iki qatarda ümumilikdə 417 sərnişinin olduğunu bildirirlər.

09:50
xxx

İspaniyada iki sürətli qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 21-ə çatıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

İspaniyanın "TVE" televiziya kanalı bildirib ki, təxminən 100 nəfər yaralanıb, onlardan 25-nin vəziyyəti ağırdır.

Məlumata əsasən, relsdən çıxan qatar ölkənin paytaxtından Əndəlusiyada yerləşən Huelva şəhərinə gedən başqa bir qatarla toqquşub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti