Bakı. Trend:
Almaniya Bundesliqasının 18-ci turu çərçivəsində “RB Leypsiq” doğma meydanda “Bavariya”nı qəbul edib.
Trend xəbər verir ki, qarşılaşma Münhen təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 20-ci dəqiqədə “RB Leypsiq”in hücumçusu Romulo açıb. “Bavariya” 50-ci dəqiqədə Serj Qnabri ilə tarazlığı bərpa edib. 67-ci dəqiqədə Harri Keyn qonaqları hesabda irəli çıxarıb. 83-cü dəqiqədə müdafiəçi Conatan Ta üçüncü qolu vurub. Oyunun son dəqiqələrində isə Aleksandar Pavloviç və Maykl Olise fərqlənərək hesabı böyüdüblər.
Bundesliqada 18 turdan sonra “Bavariya” 50 xalla turnir cədvəlinə liderlik edir. “RB Leypsiq” isə 17 oyundan sonra 32 xalla dördüncü pillədə qərarlaşıb.
