...

Pakistanda ticarət mərkəzindəki yanğında ölənlərin sayı 14 nəfərə çatıb

Dünya xəbərləri Materials 19 Yanvar 2026 11:37 (UTC +04:00)
Pakistanda ticarət mərkəzindəki yanğında ölənlərin sayı 14 nəfərə çatıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Pakistanda Kəraçi şəhərinin cənubunda yerləşən “Gül Plaza” ticarət mərkəzində baş verən yanğının qurbanlarının sayı 14 nəfərə çatıb.

Trend bu barədə Pakistan KİV-ə istinadən xəbər verir.

“Geo TV” telekanalının verdiyi məlumata əsasən, xilasedilər 33 saat davam edən əməliyyatdan sonra yanğını tam söndürməyə nail olublar.

Karaçinin cənubunda yerləşən "Gül Plaza" ticarət mərkəzində baş verən yanğın nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.

Yanğın şəhərin sıx məskunlaşmış ərazisində yerləşən ticarət kompleksinin birinci mərtəbəsində baş verib. İlkin məlumatlara əsasən, yanğının səbəbi süni güllər və dibçəklər satan mağazada elektrik naqillərində yaranmış qısaqapanma olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti