Bakı. Trend:
Mühafizə olunan duracaqda saxlanılan nəqliyyat vasitəsinin sahibi müəyyən məbləğdə haqqı ödədikdən dərhal sonra nəqliyyat vasitəsi ona qaytarılacaq.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilməsi və orada saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqqı ödədikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılacaq. Nəqliyyat vasitəsi qanunsuz saxlanılıbsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulubsa, nəqliyyat vasitəsinin sahibi inzibati qaydada və məhkəməyə şikayət edə biləcək.
Qeyd edək ki, Tarif Şurasının 12 aprel 2006-cı il tarixli Qərarına əsasən, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlara nəqliyyat vasitələrinin təxliyə avtomobilləri vasitəsilə gətirilməsi və orada mühafizə olunaraq saxlanılması xidmətlərinin aşağıda göstərilən tarifləri təsdiq edilib:
|
№-si |
Xidmətlərin adı |
Ölçü vahidi |
Tariflər |
|
1. |
Nəqliyyat vasitələrinin təxliyyə avtomobilləri vasitəsilə duracaqlara gətirilməsi |
1 |
20,0 |
|
2. |
Nəqliyyat vasitələrinin duracaqlarda saxlanılması |
||
|
2.1. |
Nəqliyyat vasitəsinin çəkisi 3,5 tona qədər olduqda (3,5 ton daxil olmaqla) |
1 ədəd/gün |
1,0 |
|
2.2. |
Nəqliyyat vasitəsinin çəkisi 3,5 tondan 10 tona qədər olduqda (10 ton daxil olmaqla) |
1 ədəd/gün |
2,0 |
|
2.3. |
Nəqliyyat vasitəsinin çəkisi 10 tondan yuxarı olduqda |
1 ədəd/gün |
3,0 |
