...

"Barselona" klubunun heyətində ciddi itki baş verdi

İdman Materials 18 Yanvar 2026 18:21 (UTC +04:00)
"Barselona" klubunun heyətində ciddi itki baş verdi

Bakı. Trend:

İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.

Trend xəbər verir ki, komandanın aparıcı oyunçularından olan Rafinya sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı vinger sağ ayaq əzələləsindən zədə alıb. 29 yaşlı futbolçu sabah "Real Sosyedad"la keçiriləcək La Liqa matçında iştirak etməyəcək.

Qeyd edək ki, Rafinya bu mövsüm "Barselona"nın heyətində meydana çıxdığı 18 rəsmi matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti