...

Pakistan-Hindistan sərhədində güclü zəlzələ olub

Dünya xəbərləri Materials 19 Yanvar 2026 11:22 (UTC +04:00)
Pakistan-Hindistan sərhədində güclü zəlzələ olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanla sərhəd yaxınlığında yerləşən və Pakistanın nəzarətində olan Kəşmir bölgəsində 5,8 bal gücündə zəlzələ baş verib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 700 minə yaxın əhalisi olan Battaqram şəhərindən 268 km şimal-şərqdə qeydə alınıb. Yeraltı ocağı isə 31 km dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti