Bakı. Trend:
Avropa İttifaqına üzv 27 ölkənin səfirləri bazar günü Brüsseldə fövqəladə iclasa çağırılıb.
Trend xəbər verir ki, bu addım ABŞ Prezidenti Donald Trampın Danimarka, İsveç, Norveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyaya qarşı gömrük rüsumlarının tətbiqi ilə bağlı yeni bəyanatı səbəbindən atılıb.
Hazırda Aİ-yə rotasiya əsasında sədrlik edən Kiprin nümayəndəsinin açıqlamasına görə, görüş yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 20:00) başlayacaq.
Qeyd olunur ki, adı çəkilən ölkələrə qarşı 10 faiz həcmində rüsum tətbiq edilib və iyunun 1-dən bu göstərici 25 faizə yüksəldiləcək.
