...

Avropa Qrenlandiyanın suverenliyini qoruyacaq – Fon der Lyayen

Dünya xəbərləri Materials 19 Yanvar 2026 10:04 (UTC +04:00)
Avropa Qrenlandiyanın suverenliyini qoruyacaq – Fon der Lyayen
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa ölkələri və NATO Qrenlandiya və Danimarkanın suverenliyinin müdafiəsinə dair öhdəliklərinə “qəti şəkildə sadiq qalırlar”.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen “X” hesabında yazıb.

O bildirib ki, Qrenlandiya ilə bağlı vəziyyəti NATO-nun baş katibi Mark Rütte, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Mertz və İtaliyanın Baş naziri Corcia Meloni ilə müzakirə edib. Nəticədə onlar Qrenlandiyanın suverenliyinin müdafiəsi mövzusunda razılığa gəliblər.

“Biz birlikdə Qrenlandiya və Danimarka Krallığının suverenliyini qorumaq öhdəliyimizə qəti şəkildə sadiq qalırıq. Biz həmişə strateji iqtisadi maraqlarımızı və təhlükəsizlik maraqlarımızı müdafiə edəcəyik. Bu çağırışlara Avropa həmrəyliyi, dözümlülük və qətiyyətlə cavab verəcəyik”,- deyə fon der Lyayen vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti