Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Braziliya lideri Luis İnasio Lula da Silvaya Qəzza sektoru üzrə Sülh Şurasının təsisçilərindən biri olmağı təklif edib.
Trend xəbər verir ki, bu barədə “CNN Brasil” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, dəvət məktubu Tramp tərəfindən Braziliya prezidentinə bu Cənubi Amerika ölkəsinin Vaşinqtondakı səfirliyi vasitəsilə göndərilib.
Telekanalın mənbələri Lula da Silvanın ABŞ prezidentinin təklifini qəbul edib-etmədiyinin hələlik məlum olmadığını bildiriblər.
Qeyd edək ki, daha əvvəl “Bloomberg” agentliyi Tramp administrasiyasının Qəzza üzrə Sülh Şurasında yer almaq istəyən hər bir ölkədən 1 milyard dollar ianə tələb etdiyini yazmışdı.
