...

Pakistanda baş verən yanğında üç nəfər ölüb

Dünya xəbərləri Materials 18 Yanvar 2026 00:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın cənubundakı Karaçi şəhərində yerləşən “Gul Plaza” ticarət mərkəzində baş verən güclü yanğın nəticəsində ən azı üç nəfər həyatını itirib, yeddi nəfər isə yaralanıb.

Trend xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Məlumata görə, şəhərin sıx məskunlaşdığı ərazidə yerləşən ticarət mərkəzinin birinci mərtəbəsində başlayan yanğın qısa müddətdə bütün binaya yayılıb. Yanğın zamanı yuxarı mərtəbələrdə bir neçə nəfər köməksiz vəziyyətdə qalıb.

Təcili yardım xidmətləri hadisə yerinə altı yanğınsöndürmə briqadasının cəlb edildiyini, lakin vəziyyətin hələ də kritik olaraq qaldığını bildirib.

İlkin məlumatlara əsasən, yanğın mağazalardan birində baş verən elektrik qısaqapanması nəticəsində yaranıb. Hüquq-mühafizə orqanları hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

Xəbər lenti

Xəbər lenti