...

Kəlbəcərin ucqar dağ kəndlərinə izolyasiyalı hava xətləri çəkilir - "Azərişıq"

Cəmiyyət Materials 19 Yanvar 2026 10:30 (UTC +04:00)
Kəlbəcərin ucqar dağ kəndlərinə izolyasiyalı hava xətləri çəkilir - "Azərişıq"
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Torpaqlarımız işğaldan azad olunan andan etibarən “Azərişıq” ASC-nin əməkdaşları Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ordumuzun ardınca irəliləyərək Qarabağ və Şərqi Zəngəzurda lazımi obyektləri elektrik enerjisi ilə təmin etdi.

Trend xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, tezliklə doğma torpaqlarımızda Azərbaycan işığı yandı. Elektrik təsərrüfatında yenidənqurma, əsaslı təmir-bərpa bu gün də davam edir. Sərt iqlimi və yüksək dağlıq relyefi ilə seçilən Kəlbəcərin də elektrik təsərrüfatı yenidən qurulur. Qarlı-şaxtalı hava şəraitinə baxmayaraq “Azərişıq” ASC 3000 metrdən yüksək ərazilərdə fasiləsiz çalışır.

Kəlbəcər şəhəri 18 iyul 2021-ci ildən elektrik enerjisi ilə təmin olunub. Kəlbəcərin ən ucqar dağ kəndlərinə 35 kV-luq izolyasiyalı hava xətləri çəkilir, yeni güc mərkəzləri yaradılır. Alagöllər, Zəylik və Zod kəndlərində yerləşən strateji obyektlərə və “İstisu” mineral su zavoduna 35 kV-luq ikidövrəli Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilib, transformator məntəqələri quraşdırılıb.

Həmçinin Zallar, Yanşaq, Keşdək, Zar, Qamışlı və Çaykənd kəndlərinə də 35 kV-luq xətlərin çəkilişi başa çatıb. İstisu qəsəbəsində inşa olunan 110/35 kV-luq “İstisu” yarımstansiyasının 2024-cü il sentyabrın 2-də Cənab Prezident İlham Əliyevin iştirakı ilə açılışı baş tutub. Kəlbəcərə köç edən ailələrin dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün 0.4 kV-luq elektrik şəbəkəsi yenidən qurulub.

“Azərişıq” ASC ölkənin bütün regionlarında bir sıra kənd və qəsəbələrdə elektrik təsərrüfatını yeniləyir. Görülən işlər vətəndaşların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti