...

Çin əhalisi ötən il 3,39 milyon nəfər azalıb

Dünya xəbərləri Materials 19 Yanvar 2026 08:36 (UTC +04:00)
Çin əhalisi ötən il 3,39 milyon nəfər azalıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə ölkə əhalisi 3,39 milyon nəfər azalaraq 1 milyard 404 milyon 890 min nəfərə düşüb.

Trend-in məlumatına görə, bu barədə Çinin Milli Statistika Bürosu məlumat yayıb.

Hesabatda bildirilir ki, il ərzində Çində 7,92 milyon doğum, 11,31 milyon ölüm qeydə alınıb. Doğum və ölüm göstəriciləri hər min nəfərə müvafiq olaraq 5,63 və 8,04 təşkil edib.

Rəsmi məlumatlara əsasən, kişi əhalisi 0,3% azalaraq 716,85 milyon, qadın əhalisi isə 0,1% azalaraq 688,04 milyon nəfər olub. Eyni zamanda, 65 yaşdan yuxarı əhalinin sayı 1,5% artaraq 223,65 milyona çatıb.

Qeyd edək ki, Çin hökuməti son illərdə doğum səviyyəsini artırmaq və yaşlı əhalinin iqtisadi fəallığını gücləndirmək məqsədilə bir sıra sosial-iqtisadi tədbirlər həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti