...

İsrail genişmiqyaslı əməliyyata başladı

Dünya xəbərləri Materials 19 Yanvar 2026 10:22 (UTC +04:00)
İsrail genişmiqyaslı əməliyyata başladı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailda ordu və sərhəd polisi Hevron rayonu və İordan çayının Qərb sahilində irimiqyaslı antiterror əməliyyatına başlayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda İsrail Müdafiə Qüvvələr (IDF) məlumat yayıb.

“IDF və ŞABAK (Ümumi Təhlükəsizlik Xidməti) və sərhəd polisi bölmələri gecə saatlarında Xevron şəhərində terrorçulara qarşı genişmiqyaslı əməliyyata başlayıblar. Xevronun Cabal əl-Cöhar bölgəsində təhlükəsizlik qüvvələri terrorçu infrastrukturun və qanunsuz silahların məhv edilməsi və təhlükəsizliyin gücləndirilməsi məqsədilə fəaliyyət göstərir. Əməliyyatın bir neçə gün davam edəcəyi gözlənilir”, –deyə sənəddə vurğulanıb.

Bəyanatda qeyd olunur ki, İsrail təhlükəsizlik qüvvələri İudeya və Samariyanın bütün ərazisində (İordan çayının qərb sahilinin İsraildə istifadə olunan adı –red terrorizmin qarşısının alınması istiqamətində fəaliyyətlərini davam etdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti