...

Aİ Qrenlandiyaya görə ABŞ-yə qarşı cavab rüsumları tətbiq edə bilər

Dünya xəbərləri Materials 19 Yanvar 2026 01:28 (UTC +04:00)

Bakı. Trend:

Avropa İttifaqına üzv dövlətləri Qrenlandiya ilə bağlı ABŞ-yə qarşı 93 milyard avroluq cavab tədbirlərini nəzərdən keçirir.

Trend-in məlumatına görə, bu barədə "Financial Times" qəzeti Avropa rəsmilərinə istinadən xəbər verib.

Məlumata əsasən, Aİ-nin cavab tədbirlərinin ikinci variantı ABŞ şirkətlərinin vahid bazara çıxışını məhdudlaşdırmaqdır.

Qeyd olunub ki, bu planlar gələn həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumunda Avropa liderləri ilə ABŞ prezidenti Donald Tramp arasında keçiriləcək görüşlər ərəfəsində hazırlanır.

Xəbər lenti

Xəbər lenti