...

Parisdə məclis keçirilən binanın mərtəbəsi çöküb

Dünya xəbərləri Materials 18 Yanvar 2026 08:19 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Parisdə 50 nəfərin məclis təşkil etdiyi binanın mərtəbələrindən biri çöküb.

Trend “Figaro”ya istinadla xəbər verir ki, hadisə nəticəsində 19 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə təxminən 150 xilasedici, 50 xüsusi texnika, həmçinin həkim briqadaları cəlb olunub. İlkin məlumatlara görə, çökmə qaz sızması ilə bağlı olmayıb və binanın köhnəlmiş konstruksiyası səbəbindən baş verib. Hadisənin dəqiq səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti