Bakı. Trend:
Almaniya ABŞ-nin tətbiq etdiyi tariflərə cavab olaraq ölkə ərazisində yerləşən Amerika hərbi bazalarından istifadə üçün icarə haqqını əhəmiyyətli dərəcədə artırmağı nəzərdən keçirir.
Trend-in məlumatına görə, bu barədə Britaniyanın “The Times” qəzeti Berlindəki mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, Almaniyadakı Amerika hərbi bazalarının bağlanması variantı nəzərdən keçirilmir.
ABŞ Prezidenti Donald Tramp yanvarın 17-də elan edib ki, Birləşmiş Krallıq, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveçə 10% tarif tətbiq ediləcək, 1 iyunda isə tarif 25%-ə qədər artırılacaq.