...

Rəsmi Bakı İspaniyaya başsağlığı verdi

Siyasət Materials 19 Yanvar 2026 10:37 (UTC +04:00)
Rəsmi Bakı İspaniyaya başsağlığı verdi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyada baş verən qatar toqquşması ilə bağlı başsağlığı verib.

Trend xəbər verir ki, bu barədə XİN-in rəsmi sosial şəbəkə hesablarında paylaşım edilib.

"İspaniyanın Kordova şəhərində çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan faciəli qatar toqquşması xəbəri bizi dərindən kədərləndirdi.

Qurbanların ailələrinə və İspaniya xalqına dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə sağalmalarını arzulayırıq", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, İspaniyanın Əndəluz bölgəsində yüksək sürətlə hərəkət edən sərnişin qatarının üç vaqonu relslərdən çıxıb. Son məlumata əsasən, qəza nəticəsində 39 nəfər həlak olub. Rəsmi qurumlar iki qatarda ümumilikdə 417 sərnişinin olduğunu bildirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti