Bakı. Trend:
Türkiyə Superliqasında XVIII turun növbəti oyunu keçirilib.
Trend-in məlumatına görə, çempionluq mübarizəsi aparan "Fənərbağça" səfərdə "Alanyaspor"un qonağı olub.
Gərgin və maraqlı keçən görüş İstanbul təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 42-yə çatdıran "Fənərbağça" ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə 43 xalla "Qalatasaray" başçılıq edir.