...

Aİ ilə MERCOSUR ölkələri arasında azad ticarət sazişi imzalanıb

Turizm Materials 18 Yanvar 2026 01:51 (UTC +04:00)
Aİ ilə MERCOSUR ölkələri arasında azad ticarət sazişi imzalanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı ilə MERCOSUR ölkələri arasında azad ticarət sazişi imzalanıb və bununla da 1999-cu ildən bəri davam edən danışıqlar uğurla başa çatıb.

Trend xəbər verir ki, Paraqvayda keçirilən mərasimdə sazişi Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, MERCOSUR-a üzv ölkələrdən Argentina, Paraqvay və Uruqvayın dövlət başçıları, eləcə də Braziliyanın xarici işlər naziri imzalayıblar.

Saziş Avropa İttifaqı və MERCOSUR ölkələrini əhatə edən, ümumilikdə 700 milyondan çox əhalinin yaşadığı əraziləri birləşdirən dünyanın ən böyük azad ticarət zonasının yaradılmasını nəzərdə tutur. MERCOSUR-a daxil olan Boliviya ilkin mərhələdə sazişə qoşulmayacaq.

Məlumata görə, sənəd ötən həftə Aİ-yə üzv 27 ölkədən 21-nin səs çoxluğu ilə təsdiqlənib. Yeni azad ticarət zonasının yaradılması ABŞ Prezidenti Donald Trampın proteksionist gömrük siyasətinə qarşı müdafiə məqsədi daşıyır.

Razılaşmaya əsasən, Aİ ilə MERCOSUR arasında dövriyyədə olan malların 90 faizindən çoxuna tətbiq olunan gömrük rüsumlarının mərhələli şəkildə ləğv edilməsi planlaşdırılır. Bu isə Aİ-nin MERCOSUR ölkələrinə illik ixracatının 39 faiz, yəni təxminən 49 milyard dollar artacağı ilə nəticələnə bilər.

Sazişin Avropanın əczaçılıq, maşınqayırma və avtomobil sənayesi üçün geniş imkanlar yaradacağı proqnozlaşdırılır. Hazırda Aİ MERCOSUR ölkələrinə əsasən avtomobil və kimya məhsulları ixrac edir, əvəzində isə daha çox kənd təsərrüfatı məhsulları və xammal idxal edir.

Xəbər lenti

Xəbər lenti