...

Orban Trampın Qəzza ilə bağlı təklifini qəbul etdi

Dünya xəbərləri Materials 18 Yanvar 2026 17:42 (UTC +04:00)
Orban Trampın Qəzza ilə bağlı təklifini qəbul etdi

Bakı. Trend:

Macarıstanın Baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Trampın Qəzza zolağının idarə olunması məsələləri ilə məşğul olacaq Sülh Şurasının tərkibinə daxil olmaq təklifini qəbul edib.

Trend xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

O qeyd edib ki, Macarıstan hökuməti Trampın təklifini özü üçün böyük şərəf hesab edir və Trampın təklifi qəbul olunacaq.

Siyartonun sözlərinə görə, Orban bu barədə ABŞ administrasiyasına məlumat verməyi ona tapşırıb.

Xəbər lenti

Xəbər lenti