...

"Kral Şir" cizgi filminin rejissoru vəfat etdi

Dünya xəbərləri Materials 19 Yanvar 2026 04:57 (UTC +04:00)
"Kral Şir" cizgi filminin rejissoru vəfat etdi

Bakı. Trend:

"Kral Şir" (The Lion King, 1994) cizgi filminin yaradıcılarından biri kimi tanınan amerikalı rejissor Rocer Allers 76 yaşında vəfat edib.

Trend-in məlumatına görə, bu barədə onun dostu və film prodüseri Deyv Bossert "Facebook" səhifəsində yazıb.

"Dostumuz Rocer Allersin növbəti səyahətinə çıxması xəbəri məni dərindən kədərləndirdi", - deyə o bildirib.

Qeyd edək ki, Rocer Allers rejissor, ssenarist və rəssam olub. Onun rejissorluq debütü məşhur "Kral Şir" cizgi filmi olub. O, həmçinin "Kiçik Su pərisi" (1989) və "Ələddin" (1992) cizgi filmləri də daxil olmaqla "Disney" üçün ssenarilərin yazılmasına töhfə verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti