Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Floridadakı evindən Palm Biçdəki Mar-a-Laqo malikanəsinə gedən 6 kilometrlik yolun “Prezident Donald Tramp Bulvarı” adlandırılması mərasiminə qatılıb.
Trend xəbər verir ki, bu barədə "PBS" məlumat yayıb.
Tramp mərasimdə yerli rəsmilərə göstərdikləri sədaqət üçün təşəkkür edib və bildirib: “Bu, çox vacib bir mərhələdir.”
O əlavə edib: “İnsanlar Donald Tramp Bulvarı lövhəsinin gecələr gözəl işıqlandırıldığını görəndə qürur duyacaqlar. Sadəcə qürur. Mənimlə yox, ölkəmiz ilə qürur duyacaqlar.”
