Bakı. Trend:
Bu il dörd yeni Sosial Xidmət Mərkəzinin açılması planlaşdırılır.
Trend xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bu gün Bakıda Sosial Xidmətlər Agentliyinin 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, regionlarda Hacıqabul və Göycay, Bakıda isə Xəzər və Xətai rayonlarında yeni xodmət mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub.
2025-ci il ərzində ümumilikdə 672 nəfərə sosial reabilitasiya xidməti göstərilib. Onlardan 622 nəfəri uşaqdır. Mərkəzlərdə xidmətlərdən yararlanan şəxslər üçün il ərzində keçirilən 95 maarifləndirici təlim və inklüziv mədəni tədbirlərdə 1686 nəfər iştirak edib. Eləcə də 274 nəfərə sosial-məsləhət yardımı göstərilib.
Xidmətlərdən faydalanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinə və Agentliyin regional filiallarına, eləcə də DOST mərkəzlərinə müraciət edə bilərlər.
