...

Amerikalı basketbolçu güllələnərək öldürülüb

Dünya xəbərləri Materials 18 Yanvar 2026 07:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tennessi kollecinin komandasında çıxış edən amerikalı basketbolçu Andre Bell avtomobilində güllələnərək həyatını itirib.

Trend "Fox News"a istinadən xəbər verir ki, hadisə Bell oyundan sonra dostları ilə birlikdə evə gedərkən baş verib. Məlumata görə, basketbolçu baş nahiyəsindən güllə yarası alıb.

Andre Bell ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti