Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələri ABŞ-nin “Lockheed Martin” şirkəti tərəfindən istehsal olunan üç yeni beşinci nəsil F-35 qırıcı təyyarəsini təhvil alıb.
Trend-in məlumatına görə, bu barədə İsrail Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, təyyarələr yanvarın 18-də İsrailin cənubunda yerləşən Nevatim hava bazasına eniş edib və Hərbi Hava Qüvvələrinin 116-cı və 140-cı eskadrilyalarına daxil ediləcək.
İsrail 2010-cu ildən F-35 qırıcılarını arsenalına daxil etməyə başlayıb. İlk iki təyyarə 2016-cı ilin dekabrında Nevatim hava bazasına çatdırılıb.